Xudiyev Asim Xəlil oğlu
Xudiyev Asim Xəlil oğlu 22 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1975-1985-ci illərdə «Neftçi»(Bakı) futbol komandasının müdafiəçisi, 1980-ci ildə SSRİ İdman Ustası adına layiq görülüb. 1982-ci ildə SSRİ Olimpiya yığma komandasında çıxış edib. 1989-1990-cı illərdə «Neftçi» komandasında məşqçi vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Respublika dərəcəli hakim kimi ölkə çempionatı və kubok yarışlarını idarə edib. 1995-ci ildə FİFA referisi adını alıb. 1995-2002-ci illərdə FİFA və UEFA-nın bayrağı altında keçirilən rəsmi oyunları idarə edib. 2004-cü ildən UEFA-nın inspektorudur. Futbol veteranıdır. Hazırda AFFA-nın Texniki Tərəqqi və İnkişaf Departamentində mütəxəssis vəzifəsində çalışır. Anadan olmasının 50 illiyi fevralın 22-də tamam olub.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1480 dəfə oxundu.