Yığmamızın rəqibləri məğlub oldu
Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib.

Millimizin “Avro-2016”nın seçmə mərhələsindəki rəqibləri də bu gün qüvvəsini sınayıb.

Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Norveç yığması Estoniya ilə üz-üzə gəlib. Matçın 24-cü dəqiqəsində Vasilyevin vurduğu yeganə qol estonlara minimal hesablı qələbə qazandırıb - 1:0.

Digər rəqibimiz Xorvatiya isə Argentina ilə qarşılaşıb. Bu görüşdə hesabı açan tərəf xorvatlar olsa da, bu üstünlüklərini sonadək qoruya bilməyiblər. Fasilədən sonra iki qol vuran Cənubi Amerika təmsilçisi oyundan qalib ayrılıb - 2:1.




12 noyabr

Yoldaşlıq oyunları

23:00. Norveç – Estoniya - 0:1
Qol: Vasilyev, 24 (0:1)

23:45. Xorvatiya – Argentina - 1:2
Qollar: Şarbini, 11 (1:0), Ansaldi, 49 (1:1), Messi, 57-pen (1:2)

Xəbər 807 dəfə oxundu.