AZAL - "Xəzər Lənkəran" matçında hesab açıldı (YENİLƏNİR)
Premyer Liqamızda yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Cənub təmsilçisnin rəqibi AZAL olacaq.

"AZAL Arena"da keçirilən oyun saat 16:00-da başlayıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" 17 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 10 xalla 9-cu pilləsində qərarlaşıb.


12 noyabr

Yoxlama oyunu

16:00. AZAL - "Xəzər Lənkəran" - 1:0 (Birinci hissə)
Qol: Freddi, 5 (1:0)

Xəbər 857 dəfə oxundu.