İtaliya yığması ciddi itki ilə üzləşib
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığması ciddi itki ilə üzləşib.

Yığmanın aparıcı futbolçusu Marko Veratti zədələnərək sıradan çıxıb.

Əzələsini dartan 22 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib. Veratti qarşıdakı Xorvatiya və Albaniya ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 16-da "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq İtaliya millisi iki gün sonra yoldaşlıq görüşü çərçivəsində Albaniyanı sınağa çəkəcək.

Xəbər 827 dəfə oxundu.