Pike Luis Enrike ilə görüşüb danışacaq
Barselonanın müdafiəçisi Xerard Pike baş məşqçi Luis Enrike ilə görüşüb danışmaq istəyir.Bu danışıq çempionatdakı pauzadan sonra olacaq. Məlumata görə baş məşqçi Pikenin gedişinə qarşı deyil.

Pike ilə bağlı hadisələr digər klublarından da gözündən qaçmır.Mançester Yunayted və Çelsi bu məsələdə xüsusilə aktivdirlər.

Xatırladaq ki, müdafiəçi son 3 oyunda meydana çıxmayıb.Deyilənlərə görə Enrike bununla Pikeni cəzalandırmaq istəyir. Amma tərəflər münasibətlərin normal olduğunu deyirlər.

Xəbər 918 dəfə oxundu.