Messinin taktiki mövqeyi dəyişir
Argentina millisinin baş məşqçisi Xerard Martino futbolçusu Lionel Messini sağ cinahda oynatmağa qərar verib.

Bu barədə X.Martino Xorvatiyaya qarşı yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. O bildirib ki, komandada Messidən başqa, Serxio Aquero, Qonzalo İquain və Karlos Teves kimi hücumçuları var. Buna görə də Martino bəzi hücumçuları başqa mövqelərdə oynadacağını söyləyib:

"Messini sağ cihanda oynatmağa qərar verdim. Çünki futbolçuları öz klublarındakı mövqelərində oynatsaq, meydana eyni ampulalı 4 hücumçu ilə çıxmalıyıq. Bəzi matçlarda dörd hücumçu ilə oynamaq çətindir".

Qeyd edək ki, Argentina millisi bu gün Xorvatiya ilə qarşılaşacaq. Xerardo Martinonun komandası oktyabrın 18-i isə Portuqaliya millisi ilə yoldaşlıq matçı keçirəcək.

Xəbər 852 dəfə oxundu.