"Qalatasaray" 75 nəfərlə yolları ayırdı
"Qalatasaray"ın yeni rəhbərliyi klubda kütləvi ixtisarlar aparıb. Klub rəhbərliyi xərclərini azaltmaq üçün 75 işçi ilə yolları ayırıb.

Onların əksəriyyətinin yaşı 65 və ya daha çoxdur.

İstanbul klubunun yolları ayırdığı işçilərdən biri də 2000-ci ildə "Qalatasaray" UEFA kubokunu qazanan zaman baş məşqçi Fatih Terimin köməkçisi olan Bülent Ünderdir. O, "Qalatasaray" Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışırdı.

Xəbər 938 dəfə oxundu.