Ronaldo Messini söyüb?
"Real"ın futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messini söydüyü ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Portuqaliyalı ulduz "Facebook" hesabından bu iddiaların yalan olduğunu deyib:

"Messini söyməmişəm. Vəkillərim bununla bağlı məhkəməyə müraciət edəcəklər. Messi də daxil olmaqla, bütün futbolçulara hörmət edirəm".

Qeyd edək ki, futbol şərhçilərindən olan Gilyem Balakenin “Messi” adlı yeni kitabında Ronaldonun Messinin arxasınca söyüş söydüyünü yazıb. O, bu məlumatın ona “Real”ın futbolçuları tərəfindən ötürüldüyünü deyib.

Xəbər 847 dəfə oxundu.