Peleqrinini Simeone əvəzləyə bilər
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandadan ayrıla bilər.

"Mançester Siti" argentinalı mütəxəssislə müqavilə imzalamağı düşünür.

Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Mançester Siti" rəhbərliyi baş məşqçi Manuel Pelleqrini ilə yolları ayırmağı planlaşdırır. Rəhbərlik həmçinin transferlərə yüksək pullar xərcləməkdən çəkinmək üçün Simeoneni komandaya gətirməyi planlaşdırır.

Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında lider "Çelsi"dən 8 xal geridədir.

Xəbər 803 dəfə oxundu.