Vobay və Sanko Afrika kubokundan kənarda qaldı
Syerra-Leone millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsindəki çıxışını dayandırıb.

Buna ölkəni bürüyən Ebola virusu səbəb olub.

Yığmanın baş məşqçisinin köməkçisi Sander de Kramer bildirib ki, ölkədə bütün diqqət virusla mübarizəyə yönəldiyindən futbol arxa plana keçib. Turnirin gələcək taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi"dən Julius Vobay, "Xəzər Lənkəran"dan isə Alfred Sanko Syerra-Leone yığmasının şərəfini qoruyur.

Xatırladaq ki, daha öncə Mərakeş yığması Ebola virusu təhlükəsi səbəbindən Afrika Millətlər Kubokuna ev sahibliyi hüququndan imtina edib. Belədə Afrika Futbol Konfederasiyası Mərakeşi turnirdən kənarlaşdırıb.

Xəbər 841 dəfə oxundu.