"Qalatasaray" satılacaq?
Duygun Yarsuvat prezidenti olduğu "Qalatasaray"ı satışa çıxarılacaqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, bu iddiaları təkzib edib:

"Ümit Karan "Qalatasaray"ın ruslara satılacağını söyləyib. Bu şayiədir. Ümit Karanın klubumuzla bağlılığı yoxdur. O, "Eskişehirspor"a getdi və menecerlik etdi. Ümit Karan "Qalatasaray"ın üzvü belə deyil".

Qeyd edək ki, "Qalatasaray"ın keçmiş futbolçusu Ü.Karan televiziya proqramında klubun ruslara satılacağını deyib.

Xəbər 868 dəfə oxundu.