Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Eldar Zülfüqarov yeni təyinat alıb. Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli ədalət təmsilçimizə kişi voleybolçular arasında keçirilən Çempionlar Liqasının “Arkas” (Türkiyə) – “Noliko” (Belçika) oyununu etibar edib. Həmyerlimiz yanvarın 10-da İzmirdə baş tutacaq matçda köməkçi hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi isə Andrey Zenoviç (Rusiya) olacaq.
Qeyd edək ki, “Arkas”la “Noliko” 4 turdan sonra 9 xalla ilk 2 pilləni bölüşürlər.

Xəbər 979 dəfə oxundu.