"Simurq" "İnter"lə qarşılaşacaq
Milli komandaların Avropa çempionatının seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən maksimum istifadə edən "Simurq" klubu yoldaşlıq görüşü keçirəcək.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi Bakının "İnter" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 13-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.


Xəbər 864 dəfə oxundu.