İbrahimoviç ardıcıl 8-ci dəfə ən yaxşı seçildi
İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç ölkəsində ilin ən yaxşı idmançısı seçilib.

33 yaşlı futbolçu ardıcıl 8-ci dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, karyerasında 9-cu dəfə İsveçin ən yaxşı idmançısı seçilən İbrahimoviç ötən mövsüm keçirdiyi 51 oyunda 45 qola imza atıb.

Xəbər 873 dəfə oxundu.