"Mançester Siti"dən ayrılmayacam" - Edin Dzeko
"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bosniyalı futbolçu komandası ilə müqavilə yenilədiyini xatırladaraq "Mançester Siti"də qalacağını deyib:

"Mətbuatda mənim komandadan ayrılacağımla bağlı xəbərlər yazılır. Ancaq bu yanlış məlumatdır. Mən hər zaman komandada oynamağa layiq olduğumu sübut etməyə çalışmışam. Ümid edirəm ki, artıq bunu sübut etmişəm. Komandamla müqaviləni yenilədim. Aparıcı futbolçuların komandada qalması çox önəmlidir. "Mançester Siti" titul qazanmağa layiq komandadır. Əminəm ki, digər klublarda bir sıra futbolçular var ki, "Mançester Siti"də oynamaq istəyirlər".

Qeyd edək ki, 28 yaşlı futbolçu 2011-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Xəbər 863 dəfə oxundu.