"İtaliya ilə oyuna hazırıq" - Niko Kovaç
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç ötən gün mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis komandasının İtaliya ilə oyuna hazır olduğunu bildirib:

"Mən və futbolçularım bizi nələrin gözlədiyini bilirik. İtaliya ilə oyuna maksimum səviyyədə köklənmişik. Bütün futbolçuların yaxşı formada olduğuna sevinirəm. İtaliya ilə görüşə hazırıq və bütün futbolçular bu oyunda iştirak etmək istəyirlər".

Qeyd edək ki, noyabrın 16-da Milanda keçiriləcək İtaliya - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 935 dəfə oxundu.