Roberto Karlos baş məşqçilik karyerası haqda danışıb
Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos baş məşqçilik karyerası haqda danışıb.

Karlos Braziliya mətbuatına açıqlamasında baş məşqçiliyə başlamazdan öncə bir sıra mütəxəssislərdən məsləhət aldığını bildirib:

"Baş məşqçi olmadan öncə Ziko ilə görüşdüm. Daha sonra Skolari və Mourinyo ilə də söhbətim oldu. Mourinyo mənə dedi ki, "sən köməkçi məşqçi deyil, baş məşqçi olmalısan". Bu söz mənə əlavə güc verdi".

Qeyd edək ki, hazırda Türkiyənin "Sivasspor" klubunu çalışdıran Karlos bir gün yenidən Braziliyaya qayıdaraq ölkəsində işləmək istədiyini bildirib.

Xəbər 977 dəfə oxundu.