Birinci divizionda təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
Futbol üzrə Azərbaycan I divizionunda VIII turdan təxirə salınmış “Bakılı” – “Şuşa” görüşünün keçirilmə vaxtı və məkanı müəyyənləşib.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyun noyabrın 10-u, saat 13:00-da başlayacaq. Qarşılaşma "İnter Arena"da keçiriləcək.

Xəbər 822 dəfə oxundu.