XXI Respublika çempionatı keçirilib
1-2 noyabr tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Kyokuşinkaykan Kontakt Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan Respublikası Kyokuşinkaykan karate növü üzrə XXI Respublika çempionatı keçirilib.

Uşaq, yeniyetmə, gənc, kişilər və qadınlar arasında keçirilən çempionatda Masallı rayonunu təmsil edən komanda da iştirak edib.

Yarışın yekun rəyinə əsasən Rəşad Əliyev (26 kq), Nicat Şahbazlı (49kq), Kənan Şükürlü (36 kq), Kamil Bəbirov (30 kq), Fəraiz Dadaşov (45 kq), Murad Nuriyev (34 kq), Çingiz Qurbanov (60 kq), Mehzi Abbasov (20 kq), Vüsal Qaraşlı (22 kq) çəki dərəcəsində yüksək yerlərə layiq görülüblər.

Xəbər 993 dəfə oxundu.