AFFA rəhbərliyi Braziliyanın idman naziri ilə görüşdü
AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirib.

İdman.com.az-ın qurumun saytına istinadən istinadən verdiyi məlumata görə, görüşdə AFFA ilə Braziliya Futbol Federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub.

Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov və Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.

Xəbər 991 dəfə oxundu.