Yığmamızın rəqibinin heyəti açıqlandı
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının qarşıdakı oyunlar üçün ilkin heyəti açıqlanıb.

Millinin baş məşqçisi Niko Kovaç Argentina ilə yoldaşlıq, İtaliya yığmasıyla seçmə mərhələ oyunları üçün 33 futbolçuya dəvət göndərib.

Xorvatiya millisinin yekun heyətinin noyabrın 10-da açıqlanacağı bildirilir.

Qeyd edək ki, noyabrın 12-də Londonda Argentina ilə yoldaşlıq görüşü keçirəcək Xorvatiya yığması 4 gün sonra seçmə mərhələnin oyununda Milanda İtaliyanın qonağı olacaq.



Qapıçılar: Daniel Subaşiç ("Monako"), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Donetsk), Vedran Corluka ("Lokomotiv", Moskva), İvan Striniç ("Dnepr"), Deyan Lovren ("Liverpul"), Qordon Şildenfeld ("Panatinaykos"), Sime Vrsaljko ("Sassuolo"), Domaqoy Vida ("Dinamo", Kiyev), Hrvoye Miliç ("Rostov"), Tin Jedvay ("Bayer", Leverkuzen), Marin Leovaç, İvan Tomeçak, Marko Leskoviç (hamısı "Rijeka")

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), İvan Rakitiç, Alen Haliloviç (hər ikisi "Barselona"), Daniel Pranjiç ("Panatinaykos), İvan Perisiç ("Volfsburq"), Mateo Kovaçiç ("İnter"), Milan Badelj ("Fiorentina"), Marselo Brozoviç, Domaqoy Antoliç (hər ikisi "Dinamo", Zaqreb), Mato Yajalo ("Rijeka"), Marko Roq ("Split")

Hücumçular: İvisa Oliç ("Volfsburq"), Mario Mandzukiç ("Atletiko", Madrid), Nikola Kaliniç ("Dnepr"), Ante Rebiç ("Leipziq"), Duje Çop ("Dinamo"), Andrey Kramariç, Anas Şarbini (hər ikisi "Rijeka")

Xəbər 1086 dəfə oxundu.