Füzuli Musayev yenidən ETU-nun vitse-prezidenti seçilib

Füzuli Musayev 2-ci dəfə Avropa Taekvondo Birliyinin (ETU) vitse-prezidenti təyin edilib. İdman.com.az saytı xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti özü deyib. Növbəti dəfə ETU başçısı Atanasios Praqalosun komandasında yer alan F.Musayev deyib ki, bununla bağlı beynəlxalq qurumdan Bakıya məktub göndərilib.
Qeyd edək ki, sözü gedən təşkilatın bərabərhüquqlu 6 vitse-prezidenti var və onlar birbaşa ETU prezidenti tərəfindən təyin edilirlər. F.Musayevdən fərqi, digər 5 vəzifəli şəxs bu posta ilk dəfə seçilib.

Xəbər 1417 dəfə oxundu.