Maltanın millimizlə oyun üçün heyəti açıqlandı
Noyabr ayının 16-da Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək Malta yığmasının ilkin heyəti açıqlanıb.

Baş məşqçi Silvio Velyo yığmamızla oyun üçün 22 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Malta - Azərbaycan yoldaşlıq oyunu noyabrın 16-da, "Hibernians" stadionunda keçiriləcək.


Qapıçılar: Yurgen Borq (“Hibernians”), Metyu Kalyexa Kremona (“Pembrok Atleta”), Yenz Sini (“Valletta”)

Müdafiəçilər: Samir Arab (“Balzan”), Kain Attard (“Pieta Hotspurs”), Emanuel Briffa (“Floriana”), Qilmour Kassar Rayan (“Naxxar Layens”), Maykl Conson (“Sent-Endryus”), Zakari Tanti (“Rabat Ayaks”);

Yarımmüdafiəçilər: Terens Acius, (“Pieta Hotspurs”), Qabriel Akvilina (“Qzira Yunayted”), Yohann Bezzina (“Hibernians”), Antuan Borq, Rayan Kamenzuli (hər ikisi “Birkirkara”), Kayl Sezare (“Pieta Hotspurs”), Llevelin Kremona (“Valletta”), Brendon Muskat (“Sent-Corcs”), Kurt Muskat (“Rabat Ayaks”), Kurt Zammit (“Mosta”) Daniel Zerafa (“Sent-Corcs”)

Hücumçular: Lyuk Montebello (“Valletta”), Rayan Spiteri (“Hamrun Spartans”).

Xəbər 900 dəfə oxundu.