Almanlar "Qalatasaray" azarkeşlərini zopa ilə döydülər
Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Borussiya" - "Qalatasaray" matçından sonra hər iki komandanın azarkeşləri arasında insident yaşanıb.

"Cim-Bom" azarkeşləri bir qrup Dortmund azarkeşləri tərəfindən hücuma məruz qalıblar. "Borussiya"lı fanatlar əllərindəki zopa ilə türk azarkeşlərin olduğu tribunaya gedib və onlar döyüb. Alman polisinin müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

İnsident zamanı bəzi azarkeşlərin yaralandığı bildirilib.

Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 902 dəfə oxundu.