Millimizdən "Qarabağ"a dəstək
"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-da, 8-ci km qəsəbə stadionunda Norveç yığması ilə qarşılaşacaq Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı davam edir.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”a dəstək olacaq.

Millimizin üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcək.

Xəbər 959 dəfə oxundu.