"UEFA bizi avrokuboklardan uzaqlaşdıra bilər"
Duyqun Yarsuvar prezidenti olduğu "Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsində "Borussiya"ya qarşı oyunundan (1:4) sonra fikirlərini bildirib.

O, "Cim-Bom" azarkeşlərinin meydançaya məşəl atmasının düzgün olmadığını deyib. O bildirib ki, bu hərəkətə görə UEFA onları avrokuboklardan uzaqlaşdıra bilər:

"Azarkeşlər meydançaya məşəl atdığı üçün matç dayandırıldı. Futbolçular onları sakitləşdirməyə çalışdı. Bu hadisələr oyunçuların həvəsdən düşməsinə səbəb oldu. UEFA bizə ağır cəza tətbiq edə bilər. Hıətta avrokuboklardan uzaqlaşdırıla bilərik. Baş verənlərə çox üzüldüm".

Qeyd edək ki, "Qalatasaray" azarkeşləri bundan əvvəl "Arsenal"a qarşı oyunda da meydançaya məşəl atmışdı.

Xəbər 891 dəfə oxundu.