Ronaldonun qol seriyası başa çatdı
"Real"ın futbolçusu Kriştiano Ronaldonun 12 oyunluq qol seriyasını yaxşılaşdıra bilməyib.

Bundan əvvəl oynadığı 12 görüşdə qol vuran portuqaliyalı ulduz Çempionlar Liqasının qrup mərhələsində "Liverpul"a qarşı matçda fərqlənə bilməyib. Ronaldo həmçinin bu oyunda qol vura bilmədiyi üçün ÇL tarixinin bombardiri Raul Qonzalesin rekordunu təkrarlamağı bacarmayıb.

Qeyd edək ki, "Real" - "Liverpul" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 826 dəfə oxundu.