Bakı «İnter»i «Şturm»la eyni qrupda

Yanvarın ortalarında Antalyada təlim-məşq toplanışına başlayacaq Bakı «İnter»i toplanış çərçivəsində «Antalya Trofi» adlı turnirə qatılacaq. 6 komandanın mübarizə aparacağı turnir yanvarın 28-dən fevralın 2-dək davam edəcək.
Komandalar 2 qrupa ayrılacaq və hər qrupda 3 komanda mübarizə aparacaq.
Qeyd edək ki, «İnter» Avstriyanın «Şturm» (Qrats) və Rumıniyanın «Universitatea Cluj» komandalarının olduğu qrupda mübarizəyə qoşulacaq. Komanda yanvarın 28-də avstriyalılarla, 30-dasa rumınlarla qarşılaşacaq. Fevralın 2-də 1-ci,3-cü və 5-ci yerlər uğrunda oyunların keçiriləcəyi planlaşdırılır.
Əlavə edək ki, ikinci qrupda Rumıniyanın «Vitorul Konstanta», Xorvatiyanın RNK «Split» və Ukraynanın «Vorskla»(Poltava) komandaları çıxış edəcək.

Xəbər 1088 dəfə oxundu.