Binəqədidə futbol üzrə rayon birinciliyi keçirilib
16 oktyabr 3 noyabr tarixlərdə AZFAR GROUP MMC-nin 8 mikrorayon ərazisindəki stadionunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2014-cü il tarixli 183 saylı sərəncamına əsasən 2014-2015-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil futbol üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə hər birində 18 nəfər olmaqla 30 məktəb komandası iştirak edib. Yarışın nəticələrinə görə birinci yerə 115, ikinciyə 284, üçüncüyə 244 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1128 dəfə oxundu.