"Qalatasaray" uduzdu,"Real" 1/8 finalda
Bu gün Çempionlar Liqasında IV turun oyunlarına start verilib.

İlk oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün qonağı olub. Oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda “Yuventus” öz meydanında “Olimpiakos”u məğlub edib – 3:2.

Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutub. Burada Madrid “Real”ı doğma meydanda “Liverpul”la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Bununlada "Real" 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olub. Görüş meydan sahiblərini böyük hesablı qələbəs ilə başa çatıb – 4:0.

C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın qonağı olub və rəqibinə uduzub – 0:2.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə qarşılaşıb. “Borussiya” ilə ilk matçda olduğu kimi bu dəfə də "Cim Bom" qapısında 4 qol görüb – 1:4. Bununla da Türkiyə klubunun qrupdan çıxmaq şansı demək olar ki heçə enib. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”lə məhsuldar heç-heçə edib – 3:3.





4 noyabr


A qrupu

23:45. "Malmö" (İsveç) - "Atletiko" (Madrid, İspaniya) - 0:2
Qol: Koke, 30 (0:1), Qarsia, 78 (0:2)

23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 3:2
Qollar: Pirlo, 21 (1:0), Botio, 24 (1:1), Ndinqa, 61 (1:2), Ximenes, 65-avtoqol, (2:2), Poqba, 66 (3:2

Xəbər 831 dəfə oxundu.