“Yamamay” – “İqtisadçı” görüşünün hakimləri bəllidir

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsini idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Bu mərhələdə İtaliya “Yamamay”ının qonağı olacaq Azərbaycanın “İqtisadçı” klubunu meydana İskra Zidaniç (Xorvatiya) çıxaracaq.
Yanvarın 11-də baş tutacaq qarşılaşmada yunanıstanlı Lemonia Moula isə köməkçi referi olacaq.
Qeyd edək ki, Bosto Arsizio şəhərində keçiriləcək “Yamamay” – “İqtisadçı” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 1021 dəfə oxundu.