Millimiz yoxlama oyunu keçirəcək
"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bugündən etibarən təlim-məşq toplanışına başlayıb.

Millimiz təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu da keçirəcək. Milli komandamızın rəqibi U-21 millisi olub. Matç noyabrın 9-u, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Qarşılaşma saat 15:30-da başlayacaq.

Xəbər 783 dəfə oxundu.