Cüneyt Çakır “Bavariya”nın oyununa təyinat aldı
Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına növbəti dəfə təyinat alıb.

O, E qrupunun "Bavariya" - "Roma" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.

Qeyd edək ki, "Bavariya" - "Roma" noyabrın 5-i, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, bundan əvvəl C.Çakır ÇL-də "Şaxtyor" - "Portu" və "Atletik" - "Napoli" oyunlarının baş hakimi olub

Xəbər 801 dəfə oxundu.