Yığmamız Malta ilə yoldaşlıq oyunu keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 4-dən 10-dək Bakı şəhərində, noyabrın 11-dən 17-dək isə Maltanın Valetta şəhərində təlim-məşq toplanışında olacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Namik Ələskərov noyabrın 7-də, Taşkın İlter isə noyabrın 15-də komandaya qoşulacaq.





Məqsəd İsayev - Neftçi

Samir Məsimov - Neftçi

Elvin Bədəlov - Neftçi

Azər Salahlı - İnter

Fuad Bayramov - İnter

Abbas Hüseynov - İnter

Coşqun Diniyev - İnter

Rəşad Əzizli - Simurq

Vadim Abdullayev - Simurq

Şahrudin Maqomedaliyev - Sumqayıt

Tərlan Əhmədli - Sumqayıt

Cəmil Hacıyev - Sumqayıt

Elvin Camalov - Qəbələ

Sadiq Quliyev - Qəbələ

Namik Ələskərov - Qarabağ

Azad Kərimov - Bakı

Taşkın İlter - "Braunşeiq" (Almaniya)

Bayram Budaqov - klubsuz

Dursun Akdağ - "Hammer SpVg" (Almaniya)

Xəbər 872 dəfə oxundu.