Əfsanəvi Lippi futboldan gedir
Əfsanəvi italiyalı mütəxəssis Marçello Lippi cari mövsümün sonunda məşqçi karyerasını başa vuracağını açıqlayıb.

Hazırda Çinin "Quançjau" klubunu çalışdıran təcrübəli mütəxəssis deyib ki, yaşının çox olması səbəbindən bu qərarı verib:

"Yeni mövsümdən "Quançjau" klubunu başqa məşqçi çalışdıracaq".
Qeyd edək ki, 66 yaşlı M.Lippi 2006-ci ildə baş məşqçilik etdiyi İtaliya millisi ilə dünya çempionu olub. O, "Yuventus"da işlədiyi dönəmdə isə Turin təmsilçisini 5 dəfə ölkə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi edib.

Xəbər 812 dəfə oxundu.