"Traktor Sazi" liderliyini qoruya biləcəkmi?
Təbrizin "Traktor Sazi" klubu bu gün İran çempionatında növbəti matçına çıxacaq.

Təbriz təmsilçisi 13-cü turda səfərdə "Qostareş"in qonağı olacaq.

Bu görüş "Traktor Sazi" üçün mühüm əhəmiyyət daşıyır. Komanda bu oyunda qələbə qazanacağı təqdirdə liderliyini qoruyacaq. Matç Bakı vaxtı ilə saat 17:20-də başlayacaq.

Qeyd edək ki, "Traktor Sazi" klubu 12 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir.


31 oktyabr

İran çempionatı, 13-cü tur

17:20. "Qostareş" - "Traktor Sazi"

Xəbər 736 dəfə oxundu.