Avropa birinciliyinə tam heyətlə
Sabah Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürəcək. Yarışda 33 ölkənin 254 idmançısının iştirak etməsi gözlənilir. 13 çəki dərəcəsi üzrə keçiriləcək qitə birinciliyində milli komandamız tam tərkibdə mübarizə aparacaq. Baş məşqçi Rasim Məmmədovun rəhərliyi altında Anapada 13 boksçumuz rinqə çıxacaq. Yığma komandamızın tərkibinə Ruslan Rüstəmov (46 kq), Malik Həsənov (48 kq), Sərxan Əliyev (50 kq), Ramazan Abdullayev (52 kq), Süleyman Məhərrəmov (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Seymur İsayev (60 kq), Pərviz Quliyev (63 kq), Elxan Əliyev (66 kq), Rasim Çobanlı (70 kq), Nurlan Qurbanlı (75 kq), Şamil Səfərəliyev (80 kq) və Məhəmməd Abdullayev (80+kq) daxil edilib. Avropa birinciliyində ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək. “Vityaz” İdman Sarayında keçiriləcək yarışa noyabrın 8-də yekun vurulacaq.

Xəbər 917 dəfə oxundu.