"Mançester Siti" derbiyə itki ilə çıxacaq
"Mançester Siti" İngiltərə Premyer Liqasında "Mançester Yunayted"ə qarşı matça ciddi itki ilə çıxacaq.

Komandanın yarımmüdafiəçisi David Silva zədə səbəbindən Mançester derbisini buraxacaq. "Nyukasl"a qarşı oyunda dizindən zədə alan D.Silvanın üç həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Mançester Siti" matçı noyabrın 2-i keçiriləcək.

Xəbər 892 dəfə oxundu.