"Bavariya"nın futbolçusu ən yaxşı seçildi
"Bavariya" klubunun müdafiəçisi David Alaba ardıcıl ikinci dəfə Avstriyanın ən yaxşı idmançısı seçilib.

Alaba Soçi olimpiadasının gümüş mükafatçısı Marsel Hirşeri 1 səs qabaqlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 40 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 820 dəfə oxundu.