“Qarabağ”ın rəqibləri məlumdur

Yanvarın 10-da yığışacaq Ağdam təsmilçisi 5 gün Bakıda məşq edəcək. Sonra Türkiyəyə təlim-məşq toplanışına yollanacaq “Qarabağ”, Antalyanın Bələk bölgəsində yerləşən “Arkadia Limak” mehmanxanasında məskunlaşacaq. Fevralın 4-nə kimi Türkiyədə qalacaq komanda bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq ilk 2 rəqibin kimliyi məlumdur. Yanvarın 21-də Qazaxıstanın “Taras” klubu ilə qarşılaşacaq “Qarabağ” yanvarın 25-də Avstriyanın “Rid” komandasını sınağa çəkəcək. Digər yoxlama görüşləri isə yanvarın 27-də, 31-də və fevralın 3-də baş tutacaq.

Xəbər 974 dəfə oxundu.