Derbi öncəsi "Mançester Yunayted"ə şad xəbər
İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Siti" ilə qarşılaşacaq "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runinin son durumuna aydınlıq gəlib.

29 yaşlı futbolçu derbidə iştirak edə biləcək.

Məşqlərin birində zədələnən ingilis futbolçunun qarşıdakı oyuna tam hazır olduğu bildirilir.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Mançester Siti" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 817 dəfə oxundu.