Derbi öncəsi "Mançester Siti"də ciddi itki
İngiltərə Liqa kubokunun 1/8 finalında "Nyukasl"a uduzan (0:2) "Mançester Siti" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçusu David Silva zədələnərək sıradan çıxıb.

Matçın 9-cu dəqiqəsində rəqib müdafiəçi Rayan Teylorla ikili mübarizədə yerdə qalan ispaniyalı futbolçu oyunu davam etdirə bilməyib. Dizindən zədələnən futbolçunun həftəsonu keçiriləcək "Mançester Yunayted"lə oyunu buraxacağı bildirilir.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Mançester Siti" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 834 dəfə oxundu.