“Qəbələ” 2 futbolçu transfer edəcək

Unibank Premyer Liqasında yaranan qış fasiləsindən sonra bütün komandalar kimi “Qəbələ” də istirahətə buraxılıb. Klubdan idman.com.az saytına verilən məlumata görə, kollektivin yenidən bir araya gəlməsi yanvarın 9-a planlaşdırılır. Ertəsi gündən etibarən isə məşqlərə start veriləcək. Yanvarın 19-a qədər hazırlıqlar Qəbələdə davam etdiriləcək. Sonra toplanışın ikinci mərhələsi üçün komanda Antalyaya yollanaq. Yanvarın 19-dan fevralın 4-ə qədər Antalyada - “Gloria Sereniti” mehmanxanasında məskunlaşacaq “Qəbələ” toplanış zamanı ən azı 5 yoxlama oyunu keçirəcək. Rəqiblərdən hələki ikisi məlumdur. Bunlar Qazaxıstanın "Atırau" və Ukraynanın "Krivbass" klublarıdır. Komanda son yoxlama oyununu fevralın 3-də keçirəcək. Serje Cehua ile yolları ayıran komanda qış fasiləsində 1 və ya 2 əcnəbi futbolçunu heyətinə qatmağı planlaşdırır.

Xəbər 954 dəfə oxundu.