UEFA “Azərbaycan-2016”nın püşkünün vaxtını açıqladı
2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkü dekabrın 3-də İsveçrənin Nyon şəhərində atılacaq. Bakı vaxtı ilə saat 12:00-da başlanacaq mərasimdə 52 ölkə yığması 2 səbətə bölünəcək.

Hər bir səbətdən 2 komanda götürülməklə, tərkibi 4 millidən ibarət 13 qrup formalaşdırılacaq. Qrupların ev sahibləri püşk yolu ilə seçiləcək. Bütün komandalar əvvəlcə 2015-ci ilin payızından elit-raunda 31 vəsiqə uğrunda yarışacaqlar. Hər qrupdan ilk 2 yerin sahibi və 3-cü yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 5 komanda elit-raunda yüksələcək. Onlara son qalib qismində Almaniya da qoşulacaq. Bu mərhələnin qarşılaşmaları isə 2016-cı ilin yazında baş tutacaq.

Səbətlərin tərkibi:

A səbəti: İngiltərə, Hollandiya, Portuqaliya, Polşa, Fransa, Serbiya, Rusiya, İsveçrə, Italiya, İspaniya, Çexiya, Şotlandiya, Gürcüstan, İsveç, Macarıstan, Ukrayna, Belçika, İslandiya, Avstriya, Türkiyə, Xorvatiya, Danimarka, İrlandiya, Norveç, Belarus, Bosniya və Herseqovina

B qrupu: Yunanıstan, Bolqarıstan, İsrail, Slovakiya, Albaniya, Sloveniya, Şimali İrlandiya, Rumıniya, Latviya, Makedoniya, Estoniya, Finlandiya, Uels, Litva, Ermənistan, Lüksemburq, Kipr, Farer adaları, Moldova, Çernoqoriya, Qazaxıstan, Malta, Andorra, San Marino, Lixtenşteyn, Cəbəllüttariq

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna, eləcə də İspaniya ilə Cəbəllüttariq eyni qrupa düşə bilməzlər.

Elit-raundun qarşılaşmaları Bolqarıstanda təşkil olunacaq. 32 komanda arasındakı mübarizə nəticəsində 15 ən güclü ölkə yığması Azərbaycanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 744 dəfə oxundu.