Suares 12 ildən sonra ilkə imza atdı
Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suares12 ildən sonra bir ilkə imza atıb.

Ötən mövsüm şərəfini qoruduğu "Liverpul"da möhtəşəm oyun nümayiş etdirən və "Qızıl buts" mükafatının sahibi olan hücumçu "Qızıl top" üçün namizədlər sırasına adına yazdıra bilməyib.

Seares keçmiş futbolçu Maria Jardeldən sonra "Qızıl buts"u qazanan, ancaq dünyanın ən yaxşı futbolçusuna namizədlərin siyahısına daxil olmayan ikinci oyunçu olub.

M.Jardel 2002-ci ildə "Qızıl buts"u qazanmış, ancaq "Qızıl top"a namizəd olmamışdı.

Qeyd edək ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün "Qızıl top" namizədlər arasında yer almadığı bildirilir. Bu hərəkətinə görə, o, iyunda FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.

Xəbər 762 dəfə oxundu.