Samir Nəsridən xoş xəbər
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Samir Nəsri zədəsini sağaldıb.

Fransalı futbolçu artıq məşqlərə başlayıb.

Mançester təmsilçisinin baş məşqçisi Manuel Peleqrini şans verəcəyi təqdirdə Nəsri "Nyukasl"la kubok matçında meydana çıxa biləcək.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Mançester Siti" - "Nyukasl" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 782 dəfə oxundu.