"Qvardiola mənə hörmət etmədi" - Mandzukiç
"Qvardiola məni məyus etdi. O, mənə hörmətlə yanaşmadı. Qvardiola Bundesliqanın bombardiri olmaq imkanı vermədi. Ancaq Yupp Haynkesin rəhbərliyi altında hər şey fərqli ola bilərdi. Bu, təkcə mənim fikrim deyil".

Bu sözləri "Atletiko" (Madrid) klubunun hücumçusu Mario Mandzukiç deyib.

Xorvatiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında sabiq baş məşqçisi Pep Qvardiolanın "Bavariya"da ona oynamaq imkanı vermədiyini bildirib: "Peşəkar fəaliyyət zamanı birini sevib, digərini sevməmək olmaz. Əgər birinə qarşı mənfi münasibətim olarsa, ondan uzaqlaşmağa çalışacam. Lakin mən belə münasibətə layiq deyildim. Qvardiola "Bavariya"ya gəldikdən sonra komandada müəyyən dəyişikliklər etdi. Mən də komandaya uyğunlaşmağa çalışdım. Lakin anladım ki, "Bavariya"da gələcəyim yoxdur. Çünki Qvardiola mənə oynamaq imkanı vermədi".

Qeyd edək ki, Mandzukiç mövsümün əvvəlində "Atletiko"dan "Bavariya"ya transfer olunub.

Xəbər 795 dəfə oxundu.