Ronaldo Xavinin cavabını verdi | |
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandezin Madrid təmsilçisi haqda söylədiyi fikrə münasibət bildirib. Portuqaliyalı futbolçu Xavinin "Real" əks-hücumlarla qələbə qazanır" fikrinə belə cavab verib: "Bu, onun öz fikridir. "Barselona"ya qarşı yaxşı oynadıq və turnir cədvəlində onlara xeyli yaxınlaşdıq. Oyunu izləyənlərin öz fikirləri olacaq. Məqsəd "Barselona" ilə oyunda qələbə qazanmaq idi. Ancaq unutmayaq ki, bu, sadəcə 3 xaldır. Önəmli olan komanda oyunudur". Qeyd edək ki, "Real" La Liqanın son turunda "Barselona" ilə görüşdə 0:1 hesabıyla geriyə düşsə də, vurduğu 3 qolla oyundan qalib ayrılıb - 3:1. |
|
Xəbər 758 dəfə oxundu. |
|
|