Qana millisinin yeni baş məşqçisi müəyyənləşdi
Qana millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komandanı bundan sonra Avraam Qrant çalışdıracaq.

Qana Futbol Federasiyasının rəhbərliyi 6 namizəd arasından məhz israilli mütəxxəssisi seçib. A.Qrantla federasiya arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, daha öncə İsrail yığmasını çalışdıran 59 yaşlı mütəxəssis "Makkabi" (Təl-Əviv), "Makkabi" (Hayfa), "Portsmut", "Vest Hem", "Çelsi" və "Partizan" kimi klublarda işləyib.

Xəbər 997 dəfə oxundu.