"Günahkar özümüzük" - "Dnepr"in hücumçusu
"Dnepr" klubunun hücumçusu Yevgeni Seleznyov Ukrayna kubokunun 1/8 final mərhələsinin "Volın"la cavab görüşündən (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Qarabağ"la oyuna da toxunan 29 yaşlı futbolçu qrupdan çıxmaq şanslarının olduğunu bildirib:

"Nəzəri də olsa, qrupdan çıxmaq şansımız var. Bilirsiniz, "Dnepr Arena"da doğma azarkeşlərinin qarşısında oynamaq başqa, stadionda olan 3000 nəfərdən çoxunun rəqibə azarkeşlik etdiyi arenada oynamaq başqadır. Ancaq bu, məğlubiyyətə bəhanə olmamalıdır. Günahkar özümüzük. Yenə də qrupdan çıxmaq şansımız qalır. Hər zaman sona qədər mübarizə aparmaq lazımdır".

Qeyd edək ki, öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Dnepr" noyabrın 6-da Bakıda Ağdam təmsilçisinin qonağı olacaq.

Xəbər 803 dəfə oxundu.